28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda 300-500 dərəcədə yanmayan kabellər istehsal olunacaq

Gələn il Azərbaycanda daha yüksək temperaturlarda yanmayan silikon kabellərin istehsalına başlanılacaq.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına ölkəmizin qabaqcıl kabel istehsalçılarından olan “Çıraq inşaat” MMC-nin istehsal rəhbəri Həsən Həsənov deyib.

Onun sözlərinə görə, yanmaz kabellər adi halda 70-100 dərəcəyə qədər temperatura tab gətirir. Amma yeni kabellər 300-500 dərəcə temperatura davamlı olacaq: “İstehsala başlamaq üçün bəzi avadanlıqları ölkəyə gətirməliyik. Yeni ildən istehsala başlamağı planlaşdırırıq. İstehsal Bakıda həyata keçiriləcək”.

H.Həsənov əlavə edib ki, hazırda dünya standartlarına uyğun geniş çeşiddə, müxtəlif ölçüdə və gərginlikdə elektrik kabelləri, naqillər istehsal edən şirkət xammalı Rusiya, Türkiyə və Avropa ölkələrindən alır. “Çıraq inşaat”ın məhsulları daxili bazarda satılmaqla yanaşı, xaricə, əsasən də Gürcüstana ixrac edilir.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?