16 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Qazaxıstan arasında ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin rəhbərlik etdiyi Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib.

Agentliyin məlumatına görə, görüşdə Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının Azərbaycan tərəfindən həmsədri İbrahim Alısoy və Qazaxıstan tərəfindən yeni təyin olunan həmsədri Dauren Bimov, o cümlədən hər iki ölkədən mebel istehsalı, səhiyyə, hüquq və nəqliyyat-logistika sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkələr arasında ticarət dövriyyəsinin artımının yüksək perspektivlərindən bəhs edərək bu istiqamətdə görülən işlərə Agentliyin hərtərəfli dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb. Səfir Alim Bayel Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb, ölkələrimizin regional nəqliyyat və enerji təşəbbüsləri çərçivəsində səmərəli əməkdaşlığı barədə danışıb.

Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının həmsədrləri mövcud ticarət əlaqələrinin genişləndirilməsi baxımından kiçik və orta biznesin rolunu xüsusi qeyd ediblər. Bildirilib ki, sözügedən platformanın aktiv fəaliyyəti sayəsində hər iki ölkənin KOB-ları arasında qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının reallaşdırılması üçün əlverişli zəmin yaranıb.

Görüşdə həmçinin şirkət nümayəndələri birgə fəaliyyətin aktivləşdirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?