12 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Süni mərmər və qranit zavodu istehsal gücünü 4 dəfə artıracaq

Azərbaycanın ilk süni mərmər və qranit istehsalı müəssisəsi olan “NB Ceramic” zavodu gələn il istehsal gücünü 4 dəfə artıracaq. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “NB Holdinq” Açıq Səhmdar Cəmiyyətinin Marketinq departamentinin direktoru Mahir Quliyev deyib.

Onun sözlərinə görə, Gəncə şəhərində yerləşən, Azərbaycanda ilk dəfə olaraq keramoqranit istehsal edən “NB Ceramic” zavodunda yeni istehsal xətti yaradılacaq. Bunun hesabına mövcud illik 3 milyon kvadratmetrlik istehsal gücünün 12 milyon kvadratmetrə çatdırılması nəzərdə tutulur.

İstehsalın artırılması zavodun ixrac imkanlarını genişləndirəcək. Azərbaycanın daxili tələbatını ödəyən bu məhsullar hazırda Rusiya və Gürcüstana ixrac edilir. Zavod məhsullarını Qazaxıstan və Özbəkistan bazarına da ixrac etmək üçün müəyyən razılaşmalar əldə edib.

Xammalın əldə edilməsindən hazır məhsulun maşınlara yüklənməsinə qədər bütün proseslərin tam avtomatlaşdırılmış şəkildə icra olunduğu zavodda İtaliya istehsalı olan avadanlıqlar quraşdırılıb. Məhsulun hazırlanması üçün tələb olunan xammal həm yerli, həm də xarici ölkələrin istehsalıdır. İnsan sağlamlığı üçün zərərli olmayan, aşınma dərəcəsi çox aşağı olan məhsuldan keçidlərdə, aeroportlarda və s. yerlərdə istifadə edilə bilər.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?