25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ramanada kimyəvi yuyucu vasitələrin istehsalı müəssisəsi qurulacaq

Mərkəzi ofisi Birləşmiş Krallığın paytaxtı London şəhərində yerləşən, dünyanın 18 ölkəsində əczaçılıq, tikinti və digər xidmət sahələrində uğurla fəaliyyət göstərən “NOWP Group”un bir qolu olan “Novator HRC” şirkəti Azərbaycanda kimyəvi yuyucu və dezinfeksiyaedici vasitələrin istehsalına başlayacaq. İstehsal müəssisəsi Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində qurulacaq. Zavodun bu il ərzində fəaliyyətə başlaması nəzərdə tutulur.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Novator HRC” şirkətinin marketinq meneceri Hacı Mustafazadə deyib. Onun sözlərinə görə, hazırda həmin məhsulları Azərbaycana idxal edərək satışını həyata keçirirlər.

H.Mustafazadə əlavə edib ki, hazırda bir neçə çeşiddə kağız məhsulu - masaüstü salfet, mətbəx salfeti, tualet kağızları istehsal edirlər: “Xammal xaricdən idxal edilir. Kifayət qədər satış həcmimiz var. Hazırda ixrac yoxdur, amma tezliklə kağız məhsullarımızı ixrac etməyi düşünürük. İlk olaraq Gürcüstana məhsul ixracına başlamağı planlaşdırırıq”.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?