21 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektromobil idxalında artım qeydə alınıb

Bu ilin yanvar-iyun ayları ərzində ölkəyə 62,2 milyon ABŞ dolları dəyərində 1505 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 32,8 faiz və ya 15,3 milyon dollar, say baxımından isə 33,9 faiz və ya 381 ədəd üstələyir.

Ümumilikdə cari ilin ilk 6 ayında ölkəyə 779,3 milyon dollar dəyərində 42,3 min nəqliyyat vasitəsi idxal edilib. Ötən ilin yanvar-iyun aylarına nisbətdə bu göstəricilər üzrə dəyər ifadəsində 3,4 faiz artım, say baxımından isə 12,5 faiz azalma qeydə alınıb. Hesabat dövründə avtomobil idxalının strukturunda elektromobillərin payı 3,55 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,23 faiz bəndi çoxdur.

VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur?