27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda özəl sektora dəstək davam etdirilir

Bu ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikasında sahibkarlara 46 lisenziya verilib, büdcəyə 19,6 min manat vəsait ödənilib. Bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 6 ayında fəaliyyətinin nəticələrinə dair hesabatda bildirilir.

Hesabat dövründə müvafiq qurumlar tərəfindən verilən 1447 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınan icazələr ötən ilin müvafiq dövrü ili müqayisədə 8,4 dəfə, verilən icazələrdən büdcəyə daxilolmalar isə 2 dəfə artıb.

Cari ilin yanvar-iyun aylarında sahibkarlara 166 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,7 faiz çoxdur. Verilən mənşə sertifikatlarından büdcəyə daxilolmalar da ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 faiz artıb. Cari ilin ilk altı ayında “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” PHŞ tərəfindən 1971 ədəd ölçmə vasitəsi yoxlanılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz çoxdur.

Bu dövrdə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına maliyyələşdirilən kreditlər sənaye və aqrar sektoru əhatə edib. Vaxtı keçmiş kredit borclarının geri qaytarılması təmin edilib və hesabat dövründə 10,1 milyon manat geri qaytarılıb. Nəticədə Fondun hesab qalığı 2,4 dəfə artaraq 16,1 milyon manat təşkil edib.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?