19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Albaniya ilə ticarət və investisiya əlaqələrinin inkişafı imkanları müzakirə olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Albaniya İnvestisiya Korporasiyası arasında onlayn formatda görüş keçirilib.

AZPROMO-dan verilən məlumata görə, görüşdə Azərbaycan və Albaniya arasında xarici strateji əməkdaşlıq, qarşılıqlı investisiya təşəbbüslərinin reallaşdırılması və ticarətin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Təcrübə mübadiləsinin əhəmiyyəti və biznes dairələri arasında əlaqələrin gücləndirilməsi üçün təmasların artırılmasının vacibliyi vurğulanıb.

Agentliyin icraçı direktoru Yusif Abdullayev tərəfdaşlıq potensialı və investisiya imkanlarından söz açıb, iqtisadi artım və inkişafa təkan vermək üçün tərəfdaşlığın gücləndirilməsi və əməkdaşlıq üçün müxtəlif yolların araşdırılmasının əhəmiyyətini vurğulayıb.

Albaniya İnvestisiya Korporasiyasının icraçı direktoru xanım Elira Kokona ticarət və investisiyaların asanlaşdırılmasında güclü siyasi və ticarət əlaqələrinin vacibliyindən danışıb, yarmarka və tədbirlərin təşkili, prioritet layihələrə investisiyaların cəlb olunması, daşınmaz əmlak investisiyalarının araşdırılması sahəsində birgə əməkdaşlıq təkliflərini təqdim edib.

Görüşdə həmçinin qarşı tərəfi maraqlandıran suallar cavablandırılıb, AZPROMO tərəfindən lazımi dəstəyin göstəriləcəyi bildirilib, iki ölkənin sahibkarları üçün növbəti görüşlərin təşkili barədə razılıq əldə edilib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?