12 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

152 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək göstərilib

Bu ilin yanvar-iyun aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarların, biznesə başlamaq istəyənlərin və startapların biznes sahəsində bilik və bacarıqlara yiyələnməsi, mövcud biliklərinin artırılması üçün 800-ə yaxın iştirakçı üçün 75 təlim keçirilib.

Agentliyin məlumatına görə, təlimlər biznesə başlamaq, layihə idarəetməsi, maliyyənin idarə olunması, satış, marketinq, rəqəmsal bacarıqlar, yaşıl iqtisadiyyat və digər mövzuları əhatə edib.

Bu dövrdə 32 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnməsi üçün “Almaniya ilə biznes əməkdaşlığı” Proqramı çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

Agentliyin video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 48 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.

Satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 208 sahibkara və biznesə başlamaq istəyən şəxsə 2293 saat məsləhət xidməti göstərilib.

KOBİA tərəfindən bu ilin birinci yarısında kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 152 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək göstərilib.

Ümumilikdə, 2024-cü ilin I yarısında Agentliyin KOB subyektlərinin biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 1000-dən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?