23 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Niderlandla ticarət dövriyyəsi 57 faizədək artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın Niderlandla ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni dövrünə nisbətdə 56,7 faiz və ya 37,4 milyon ABŞ dolları artaraq 103,3 milyon dolları üstələyib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin ilk 5 ayında Azərbaycandan Niderlanda 63,9 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin göstəricisindən təxminən 5,3 dəfə və ya 52 milyon dollar çoxdur.

Niderlanddan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 27,1 faiz və ya 14,6 milyon dollar azalaraq 39,3 milyon dollar təşkil edib.

Cari ilin yanvar-may aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Niderlandla ticarətin payı 0,56 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 0,28 faiz bəndi üstələyir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?