16 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

BMT-nin Baş katibi Antonio Quterreş: “COP29-da mühüm maliyyə nəticələri lazımdır”

COP29-da mühüm maliyyə nəticələri lazımdır. Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Astanada "ŞƏT+" formatında keçirilən iclasda deyib.

"Emissiyaların azaldılması və ən böyük inkişaf etmiş ölkələrdən başlayaraq, iqlim ədalətinin təmin olunması üçün, həm də bütün digər ölkələri səfərbər etməklə daha çox ambisiyaya ehtiyacımız var. Bütün hökumətlər gələn ilə qədər maliyyə səviyəsində müəyyən edilmiş yeni ödənişlər etməlidir. Bu ödənişlər uzunmüddətli qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq məqsədinə tam uyğun olmalı, 2030 və 2035-ci illər üzrə emissiyaların azaldılması üzrə mütləq hədəfləri əhatə etməlidir. Burada vacib olan istiləşməni 1,5 dərəcə çərçivəsində saxlaya bilməyimizdir", - o deyib.

A.Quterreşin sözlərinə görə, 2030-cu ilə qədər meşələrin qırılmasına son verilməli, bərpaolunan enerji mənbələrinin gücü üç dəfə artırılmalı və qlobal qazıntı yanacağı istehlakı ən azı 30 faiz azaldılmalıdır.

"İnanıram ki, bütün ölkələr 2040-cı ilə qədər kömür enerjisindən istifadəni tamamilə dayandıracaq. Maliyyə həlledici əhəmiyyət kəsb edir, bunu iqlim tədbirləri çərçivəsində təşviq etməliyik, bu həm də bərabərsizliklə mübarizə ilə bağlıdır. Bu il COP29-da güclü maliyyə nəticələrinə, həmçinin çoxtərəfli inkişaf banklarının kredit imkanlarının əhəmiyyətli dərəcədə artırılması və onların biznes modellərinin dəyişdirilməsi üzrə qətiyyətli tədbirlərə ehtiyacımız var ki, bu da daha çox özəl kapitalın iqlim dəyişikliyi ilə mübarizəyə yönəldilməsinə imkan verəcək. İnkişaf etmiş ölkələr adaptasiya tədbirlərinin maliyyələşdirilməsini necə ikiqat artıracaqlarını və bu il İtki və Zərər Fondunun biznes üçün açılmasını təmin etmək məqsədilə fonda mühüm ödənişlər daxil olmaqla, bütün öhdəliklərini necə tam yerinə yetirəcəklərini müəyyənləşdirməlidir", - BMT-nin Baş katibi deyib.

Onun sözlərinə görə, karbon emissiyalarının qiymətini müəyən etməyin və qazıntı yanacağı ilə işləyən şirkətlərin proqnozlaşdırılmamış gəlirlərinə vergi qoymağın vaxtı çatıb.

Trend

VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?