17 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cənubi Koreyanın “Import” nəşrində Azərbaycanın iqtisadi potensialı haqqında məqalə dərc edilib

Koreya İdxalatçılar Assosiasiyasının (KOIMA) “Import” jurnalında Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənovun “Azərbaycandakı iqtisadi potensial və biznes imkanları” başlıqlı məqaləsi Koreya dilində dərc olunub.

Məqalədə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən, ölkəmizin strateji iqtisadi hədəflərindən, iqtisadi diversifikasiya prioritetlərindən, iqtisadi klasterlərdəki kommersiya üstünlüklərindən, potensial sərmayə sahələrindən, bərpaolunan enerji sahəsində potensialından, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı investisiya imkanlarından söz açılıb, eləcə də ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi və Azərbaycanın COP29 tədbirinə ev sahibliyi edəcəyi qeyd olunub.

Məqalədə Ələt Azad İqtisadi Zonası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Transxəzər beynəlxalq Şərq–Qərb nəqliyyat dəhlizi - Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Bakı Gəmiqayırma Zavodu” MMC, “Silk Way West Airlines” şirkəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Trans-Xəzər Fiber-Optik kabel xətti layihəsi barədə də məlumat verilib.

Yazıda Azərbaycan-Cənubi Koreya iqtisadi əməkdaşlığından bəhs olunub, iqtisadi-ticari əlaqələrin inkişafında qarşılıqlı işgüzar səfərlərin və iqtisadi tədbirlərin rolu vurğulanıb, iqtisadi əməkdaşlığın perspektiv istiqamətləri, hökumətlərarası komissiyanın işinin əhəmiyyəti, iki ölkə arasında müqavilə-hüquq bazası, eləcə də KOIMA və Koreyanın digər iqtisadi assosiasiyaları ilə əlaqələr barədə məlumatlar əksini tapıb.

AZƏRTAC

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?