27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Purcari Wineries" şirkəti ilə potensial əməkdaşlıq imkanları müzakirə edilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Şuşada Moldovanın “Purcari Wineries” şirkətinin baş icraçı direktoru Viktor Bostanla görüşüb. Görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov da iştirak edib.

Vurğulanıb ki, Azərbaycan və Moldova arasında münasibətlər inkişaf edir, iqtisadi gündəlik genişlənir. Moldova ilə iqtisadiyyatın bir çox sahələri, o cümlədən aqrar istiqamətlər üzrə tərəfdaşlığa dair mövcud potensial qeyd olunub, işğaldan azad olunmuş ərazilərimizdəki biznes layihələrində Moldova şirkətlərinin iştirakı imkanları diqqətə çatdırılıb.

Tərəflər işğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq üçün yaradılmış şərait, potensial əməkdaşlıq və şərab zavodunun fəaliyyətinin təşkili imkanları barədə fikir mübadiləsi aparıblar.

-----

16:55

"Moldovanın "Purcari Wineries" şirkətinin baş icraçı direktoru Viktor Bostan ilə Şuşada keçirdiyimiz görüşdə işğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq üçün yaradılmış şərait, potensial əməkdaşlıq və şərab zavodunun fəaliyyətinin təşkili imkanları barədə fikirlərimizi bölüşdük".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?