19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İZİA-nın Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq “Məzun günü” keçirilib

İyunun 24-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq “Məzun günü” keçirilib.

Tədbirdə tələbələrlə yanaşı, onların ailə üzvləri, Mərkəzin müəllim və işçi heyəti, eləcə də dövlət və özəl qurumları təmsil edən qonaqlar iştirak ediblər.

“Məzun günü”nün təşkil olunmasının əsas məqsədi məzunlarla əlaqələri daha da genişləndirmək, müvəfəqiyyətli məzunların nümunəsində onları gələcək uğurlara ruhlandırmaq, tələbələrin təhsilə marağını artırmaq və onların mərkəzin ictimai həyatında fəal iştirakın təmin etməkdən ibarətdir.

Qonaqları salamlayan İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov əlamətdar və sevincli gün münasibətilə bütün məzunları, onların valideynlərini, eləcə də müəllim heyətini təbrik edib və ən xoş arzularını çatdırıb.

Bildirilib ki, bu il Peşə Təhsil Mərkəzini 10 ixtisas üzrə 114 tələbə bitirir. Mərkəz tərəfindən tələbələrə iş tapmalarında daim dəstək göstərilib, belə ki 70 faizdən çox tələbə müxtəlif sahələrdə işlə təmin edilib.

Həmçinin 2024-2025-ci tədris ili üzrə Peşə Təhsil Mərkəzinə qəbul yerlərinin sayı 3 dəfədən çox artırılaraq 600 nəfər tələbəyə çatdırılıb. Bu il qəbul 13 ixtisas üzrə həyata keçiriləcək. Mərkəzə qəbul olan tələbələr həm dövlət hesabına, həm də ödənişli əsaslarla təhsil ala bilərlər. Tədris müddətində dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin edilirlər. Qəbul müsahibə yolu ilə aparılır. Müsahibədə orta və tam orta təhsilli şəxslər iştirak edə bilərlər. Yüksək texniki peşə təhsilini müvəfəqiyyətlə başa vuran tələbələr imtahansız (birbaşa) universitetə qəbul olmaq şansı əldə edirlər.
Eyni zamanda diqqətə çatdırılıb ki, ölkəmizdə keçiriləcək COP29 ili çərçivəsində ilk dəfə olaraq peşə təhsil sistemində yeni ixtisas (Alternativ enerji qurğu və avadanlıqlarının istismarı) yaradılıb ki, bu ixtisas üzrə də İZİA-nın Peşə Təhsil Mərkəzinə 2 qrup üzrə 40 nəfər tələbənin qəbulu nəzərdə tutulur.

Qeyd edilib ki, İsveçrənin universiteti "SMBS – Swiss Montreux Business School" arasında əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq Peşə Təhsil Mərkəzində ikili diplom proqramından istifadə olunacaq. İlkin mərhələdə “İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik” ixtisası üzrə təhsil alan tələbələr bu proqramdan faydalanacaqlar.

Bundan başqa tədbirdə çıxış edən digər natiqlər təhsil müəssisəsini uğurla başa vuran tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda tələbələrin ifasında rəqs nömrələri nümayiş olunub, şən mahnılar və şeirlər səsləndirilib.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?