17 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə Mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.

Görüşdə proqram çərçivəsində görülmüş işlər, gənclərin fərdi inkişaf sahəsində qazandıqları yeni biliklər, onların idarəçilik səriştələrinin artırılması və gələcək planları barədə fikir mübadiləsi aparılıb. İqtisadiyyat naziri gənclərin Azərbaycanın inkişafı üçün həvəslə çalışmalarını, bilik və bacarıqlarını davamlı şəkildə artırmalarını təqdir edib, gələcəyə inamlı baxışları olan yeni nəslin ölkəmiz üçün əvəzolunmaz kapital olduğunu vurğulayıb.

“Yüksəliş” müsabiqəsinin qalibləri Mentorluq proqramı çərçivəsində keçirilən görüşlərin faydasını qeyd edərək, aparılan fikir mübadiləsinin onların idarəçilik təcrübələrinin və peşəkar vərdişlərinin təkmilləşdirilməsinə böyük stimul verdiyini bildiriblər.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi və “Yüksəliş” İctimai Birliyi tərəfindən Mentorluq proqramı çərçivəsində qaliblərin istəkləri nəzərə alınmaqla fərdi inkişaf planları hazırlanıb. Buna uyğun olaraq, mentilərin dövlət və özəl sektor, beynəlxalq konsaltinq şirkətlərinin nümayəndələri ilə görüşləri təşkil edilib, müxtəlif istiqamətlərdə maraqlı müzakirələr aparılıb. Qaliblərin fərdi inkişafına dəstək göstərmək məqsədilə onlar təlim və Nazirlik tərəfindən təşkil olunan “4SİM Talks” layihəsində iştiraka cəlb olunublar. Fərdi inkişaf planları üzrə qaliblərin bilik və bacarıqlarının artırılması üzrə işlər davam etdirilir.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?