28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SOCAR və “Baker Hughes” şirkəti arasında Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Baker Hughes” şirkəti arasında Əməkdaşlıq Sazişi imzalanıb.

SOCAR-dan verilən məlumata görə, şirkətin prezidenti Rövşən Nəcəf və “Baker Hughes”in prezidenti və baş icraçı direktoru Lorenzo Simonelli tərəfindən imzalanan sənədə əsasən, Azərbaycan ərazisində mərkəzdənqaçma elektrik dalma nasoslarının (MEDN) yığılması, təmiri və texniki servis işlərinin aparılması həyata keçiriləcək.

Saziş çərçivəsində SOCAR-ın “Azneft” İstehsalat Birliyi ilə “Baker Hughes Services İnternational” MMC arasında əldə olunan razılaşmaya əsasən, MEDN-lərin yığılması məqsədilə yeni mərkəz yaradılacaq.

Hazırlıq işlərinin bir hissəsi olaraq, ilkin mərhələdə 50 MEDN dəstinin Azərbaycana çatdırılması razılaşdırılıb.

Tətbiq ediləcək innovativ yanaşma prosesləri sadələşdirməklə yanaşı, səmərəliliyi və məhsuldarlığı artıracaq. Yeni texnologiyadan istifadə nəticəsində keçmiş nəsil dalma nasoslarının yaratdığı çətinliklər, o cümlədən təmirlə bağlı hasilat fasilələrinin çoxalması və məhsuldarlığın azalmasının qarşısı alınacaq. İnnovativ yanaşma dalma nasoslarına müstəsna etibarlılıqla işləməyə imkan verərək, onların istismar müddətini dəfələrlə artıracaq.

Strateji əməkdaşlıqlar və tərəfdaşlarla aparılan təcrübə mübadilələri, həmçinin innovativ yanaşmaların, yeni texnologiyanı tətbiqi sayəsində SOCAR fəaliyyətini daha da təkmilləşdirməyi və daha yeni nailiyyətlər əldə etməyi hədəfləyir.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?