24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan Belarus ağac emalı müəssisələrinin ən mühüm tərəfdaşlarındandır

Azərbaycan Belarus ağac emalı müəssisələrinin ən mühüm tərəfdaşlarındandır

Azərbaycan Belarus ağac emalı müəssisələrinin daimi və ən mühüm ticarət-iqtisadi tərəfdaşlarından biridir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Bellesbumprom” konserninin sədr müavini Gennadi Dikovitski ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının 14-cü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sənaye müəssisələri Azərbaycana tədarükün daim artmasını təmin edir.

“2022-ci il səviyyəsinə nisbətdə 2023-cü ildə ixracın artım tempi 120%-dən çox olub”, - G.Dikovitski qeyd edib.

İxrac olunan məhsullar sırasına taxta məmulatları, faner, qapı, taxta pəncərələr, mebel, kağız, karton və onlardan hazırlanan məmulatlar daxildir. Azərbaycanın işğaldan azad edilmiş əraziləri üçün taxta ev dəstlərinin tədarükü də perspektivli hesab olunur.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?