19 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Slovakiya şirkətləri Azərbaycanda kiçik su elektrik stansiyalarına sərmayə qoya bilərlər

“Hidroenergetika layihələrinin həyata keçirilməsində təcrübəsi olan Slovakiya şirkətləri Azərbaycanda kiçik su elektrik stansiyalarına sərmayə qoya və inkişaf etdirə bilərlər”. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına slovakiyalı ekspert Cozef Hrabina deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanda kiçik su elektrik stansiyalarının inkişafı hesabına bərpaolunan enerji mənbələrinin potensialının və elektrik enerjisi istehsalı üçün yerli su ehtiyatlarından istifadə etməklə enerji müstəqilliyinin artırılmasına, kənd və ucqar ərazilərin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təminatına kömək edə bilər.

“Potensial layihələrə xüsusilə də müvafiq su ehtiyatlarına malik kənd yerlərində kiçik su elektrik stansiyalarının tikintisinə investisiya qoyuluşu, su elektrik enerjisi istehsalında suyun səmərəli istifadəsini təmin etmək üçün texnologiya və təcrübənin təmin edilməsi, bərpaolunan enerji mənbələri texnologiyaları və tətbiqlərinin işlənib hazırlanması üzrə tədqiqat layihələrində əməkdaşlıq daxildir”, - Cozef Hrabina qeyd edib.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?