13 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Asiya İnkişaf Bankı ilə dövlət-özəl əməkdaşlıq layihələri müzakirə edilib

Asiya İnkişaf Bankının nümayəndələri ilə İqtisadiyyat Nazirliyinin və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları arasında görüş keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, görüşdə dövlət-özəl əməkdaşlıq layihələri, torpaqların təyinatına uyğun istifadəsi və qiymətləndirilməsi, sənaye zonalarının yaradılması ilə bağlı torpaqların müəyyənləşdirilərək ayrılması, inşaat sektorunun inkişafı, yaşıl binaların tikilməsinin əhəmiyyəti və digər məsələlər müzakirə edilib.

Məqsəd sadalanan sahələrdə innovativ texnologiyaların tətbiqi, şəhər və yaşayış məntəqələrinin ekoloji dayanıqlılığının təmin edilməsi ilə bağlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və gələcəkdə inkişaf etdirilməsidir.

VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar?