Asiya İnkişaf Bankı ilə dövlət-özəl əməkdaşlıq layihələri müzakirə edilib

2024.05.31 15:10 (UTC+04:00)

Asiya İnkişaf Bankının nümayəndələri ilə İqtisadiyyat Nazirliyinin və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları arasında görüş keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, görüşdə dövlət-özəl əməkdaşlıq layihələri, torpaqların təyinatına uyğun istifadəsi və qiymətləndirilməsi, sənaye zonalarının yaradılması ilə bağlı torpaqların müəyyənləşdirilərək ayrılması, inşaat sektorunun inkişafı, yaşıl binaların tikilməsinin əhəmiyyəti və digər məsələlər müzakirə edilib.

Məqsəd sadalanan sahələrdə innovativ texnologiyaların tətbiqi, şəhər və yaşayış məntəqələrinin ekoloji dayanıqlılığının təmin edilməsi ilə bağlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və gələcəkdə inkişaf etdirilməsidir.