13 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Növbəti hərraca 70-ə yaxın dövlət əmlakı çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 4 iyun tarixində keçiriləcək hərraca 8 kiçik dövlət müəssisəsi, 47 nəqliyyat vasitəsi, 13 dizel mühərriki və 24,5 ton metal çiv çıxarılacaq.

Dövlət Xidmətinin məlumatına görə, alıcılar bu hərracda sənaye, xidmət sahəsinə aid olan kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanına malikdir. Torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək kiçik dövlət müəssisələri Gəncə şəhərində, İmişli, Xızı, Saatlı, Ağstafa və Göygöl rayonlarında yerləşir.

İnvestorlar üçün maraqlı ola biləcək əmlaklardan biri Gəncədə yerləşən “Beton və məhlul istehsal edən sahə”dir. Həmin əmlakın ümumi faydalı sahəsi 383 kvadratmetr, torpaq sahəsi isə 3700 kvadratmetrdir.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisələri barədə ətraflı məlumatı https://clck.ru/3AsVYt linki vasitəsilə əldə etmək olar.

Hərraca çıxarılan nəqliyyat vasitələri əsasən Avropa istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2006-2016-ci illəri əhatə edir. Nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3AsVhB linki vasitəsilə tanış olmaq olar.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?