27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Azərbaycan İnvestisiya Şirkəti” ASC Birgə İştirak Müqaviləsi imzalayıb

22 may 2024-cü il tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcustanın “Georgian Beer Company LLC” şirkətinin nümayəndələri Sezar Çöçelli, Şalva Çöçelli və Qoça Darçiaşvili ilə görüşüb, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Görüş çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Gürcüstanın “Georgian Beer Company Ltd” şirkətinin təsisçisi arasında Qəbələ rayonunda qabaqcıl beynəlxalq texnologiyalara əsaslanan lisenziyalı premium pivə markalarının, yerli brend pivəsinin və sərinləşdirici içkilərin istehsalı üzrə yeni zavodun qurulmasına dair Birgə İştirak Müqaviləsi imzalanıb.

Rəqabətqabiliyyətli məhsul istehsalı ilə ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək zavodda illik 140 milyon litr istehsal gücünün və 300-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?