16 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda neft-kimya sahəsi üzrə 15 etalon laboratoriyası yaradılacaq

Bu il ərzində Türkiyə Respublikasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) dəstəyi ilə Azərbaycanda 15 yeni milli etalon laboratoriyasının yaradılması üçün müqavilə imzalana bilər. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına adıçəkilən institutun müdiri Mustafa Çətintaş deyib.

Onun sözlərinə görə, Türkiyə ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycanda ümumilikdə 27 laboratoriyanın yaradılması nəzərdə tutulur. TÜBİTAK UME ilə aparılan danışıqların nəticəsi olaraq, birinci mərhələdə inşaat, nəqliyyat, hərbi sənaye, səhiyyə və istehsal sahələrinə xidmət edəcək 12 milli etalon laboratoriya yaradılır: “Layihənin birinci mərhələsində Türkiyədə Azərbaycan metroloqları üçün təlimlər həyata keçirilir. Laboratoriyalar hazır olduqdan sonra təlimlər orada quraşdırılan cihazlarla bağlı keçiriləcək. Daha sonra bu laboratoriyalar akkreditasiyaya hazır olacaq. Yeni laboratoriyalarda imkanlar artırılaraq dünya standartlarına çatdırılacaq”.

M.Çətintaş əlavə edib ki, 12 laboratoriyanın quraşdırılması ilə yanaşı, neft-kimya sahəsi üzrə ölçmələri həyata keçirəcək 15 laboratoriyanın da yaradılması üçün çalışmaları sürətləndirəcəklər: “Bu laboratoriyalar Azərbaycanda sənayenin tələbatını tam ödəyə biləcək yeni laboratoriyalar olacaq. Hər şey planlaşdırıldığı kimi gedərsə, iki-üç ildən sonra 27 laboratoriya tam şəkildə istifadəyə veriləcək. Ticarətdə texniki maneələrin aradan qaldırılması, beynəlxalq bazarlarda sərbəst hərəkətin həyata keçirilməsi üçün hər bir ölkədə güclü ölçmə laboratoriyalarının yaradılmasına ehtiyac var. Bu laboratoriyaların fəaliyyəti sizə keyfiyyət məsələsində geniş, dəqiq, etibarlı ölçmələr aparmağa imkan verəcək, eyni zamanda, ölkənizin ümumi daxili məhsulunun artım tempinə təsir göstərəcək”.

İlhamə İSABALAYEVA

VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?