12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zahid Məmmədov: “Azərbaycan məhsulları Belarus bazarında ciddi mövqe qazanıb”

“Hazırda Azərbaycan-Belarus əlaqələri yeni müstəvidədir, prezidentlərin dostluq münasibətləri ölkələrarası əməkdaşlıq imkanlarının genişlənməsinə yol açır”. Bunu "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına iqtisad elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Zahid Məmmədov deyib.

Azərbaycanla Belarus arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi məqsədilə iki ölkənin hökumətlərarası komissiyasının fəaliyyət göstərdiyini xatırladan iqtisadçı 2017-ci ildə Minskdə Azərbaycan Ticarət Evinin açılmasını, ölkəmizdə Belarus məhsullarının yaxşı şəkildə tanıdılmasını qarşılıqlı əlaqələrin inkişafını sübut edən faktlar kimi qeyd edib.

İki ölkə arasındakı ticarət dövriyyəsinin sürətlə artmasını müsbət hal kimi dəyərləndirən Z.Məmmədov bildirib ki, 2012-ci ildə bu göstərici 223 milyon ABŞ dolları olduğu halda, artıq 1 milyard dollara yaxınlaşıb. Hazırda, qarşılıqlı olaraq, 500-ə yaxın adda mal alış-satışı həyata keçirilir. Eyni zamanda, 45 Azərbaycan şirkəti Belarus şirkətlərinin ölkəmizdəki nümayəndəliyi kimi fəaliyyət göstərir.

Professor əlavə edib ki, Belarusdan Azərbaycana maşınqayırma, taxta-şalban, kənd təsərrüfatı məhsulları idxal olunur, biz isə bu ölkəyə neft-qaz, meyvə-tərəvəz məhsulları ixrac edirik: “Azərbaycan məhsulları Belarus bazarında özünə ciddi mövqe qazanıb. İki ölkə arasında vergitutmada qarşılıqlı güzəştlərin tətbiqi, investisiya yatırımları istiqamətində çoxsaylı müqavilələr imzalanıb. Xatırladım ki, 2007-ci ildən Gəncə Avtomobil Zavodunda dünyada qəbul edilən Belarus traktorları istehsal edilir. Önəmli məsələ odur ki, bu iki iqtisadiyyat tərəfdaş kimi lazım olan resursların təminatında bir-birini dəstəkləyir. Hazırda farmaseptik məhsulların istehsalı məsələləri ətrafında müzakirələr aparılır".

2023-cü ildə Azərbaycanla Belarus arasında dəmir yolu ilə yüklərin daşınmasında 2 dəfə artım olduğunu deyən Z.Məmmədov Bakı-Minsk istiqamətləri üzrə həftədə 5 dəfə uçuş həyata keçirildiyini, bunun da iki ölkə arasında sərnişindaşıma səviyyəsinin yüksək olmasından xəbər verdiyini vurğulayıb.

Z.Məmmədovun fikrincə, kənd təsərrüfatı sahəsi olduqca inkişaf edən Belarusun təcrübəsindən Qarabağdakı layihələrin reallaşdırılması zamanı istifadə etmək yaxşı olar: "Bizim traktorlara, maşınqayırma sənayesinin məhsullarına böyük ehtiyacımız var. Belarusda maşınqayırma, xüsusilə kənd təsərrüfatı avadanlıqlarının istehsalı yaxşı inkişaf edib və dünyada qəbul edilir. Azərbaycanın da kənd təsərrüfatı məhsulları dünyada ən keyfiyyətli məhsullardan hesab olunur və bu sahədən böyük gəlir əldə etmək imkanı var. Bütün bunlar onu göstərir ki, əməkdaşlıq üçün hərtərəfli imkanlarımız var və bu baxımdan, korporativ əlaqələri genişləndirmək lazımdır”.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?