24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çin şirkətləri Qarabağ və Şərqi Zəngəzurdakı bərpa və yenidənqurma işlərinə qoşulmağa dəvət olunub

Çinin Nankin şəhərində Çin – Azərbaycan investisiya və ticarət əməkdaşlığına dair tədbir keçirilib.

Tədbirdə Çin iqtisadiyyatının müxtəlif sektorlarını təmsil edən 150-ə yaxın qurum və şirkətin nümayəndələri iştirak edib, işgüzar dairələr arasında əməkdaşlıq əlaqələrinə dair təqdimatlar dinlənilib.

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycanla Çinin Cianqsu əyaləti arasında ticarət, investisiya, logistika, istehsalın lokallaşdırılması və kənd təsərrüfatı kimi sahələrdə böyük əməkdaşlıq potensialını diqqətə çatdırıb, çinli investorlara ölkəmizin biznes və investisiya cəlbediciliyi, sənaye parkları və Ələt Azad İqtisadi Zonası (AFEZ) haqqında məlumat verib, Çin şirkətlərini Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinə qoşulmağa dəvət edib.

Tədbir çərçivəsində Nankin şəhərindəki “Azərbaycan Ticarət Evi” ilə “Huaian Baimahu Liquor Industry Co., Ltd.” şirkəti arasında məhsullarının alqı-satqısına dair müqavilə imzalanıb.

Tədbirdən sonra Azərbaycanla əməkdaşlığa maraq göstərən şirkətlərlə müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?