12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəmistan Rüstəmov: “Karyeramı doğma Qarabağda qurmaqdan qürur duyuram”

“Ağdamda tikilən və tikilməkdə olan fabrik və zavodlar bu rayonun gələcəyinin iqtisadi baxımdan çox parlaq olacağını deməyə əsas verir”. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Ağdam Sənaye Parkında işçi ayaqqabılarının istehsalı ilə məşğul olan “BAFCO İnvest” MMC-nin məhsulların keyfiyyət üzrə nəzarətçisi Şəmistan Rüstəmov bildirib.

“Qürurluyuq ki, Ağdam Sənaye Parkında çalışırıq”, - deyən Ş.Rüstəmov bu ilin fevral ayından “BAFCO İnvest” MMC-də işləyir. O, burada işçilərin bilik və bacarıqlarının artırılması üçün təşkil olunan 2 aylıq kursu bitirib: “Yeni fəaliyyətə başlayanda işə 3 qrup gəlmişdi, mən ilk qrupun içində idim. Təlimlər bacarıqlarımıza uyğunlaşdırılırdı, ondan sonra hər kəs öz peşəsi üzrə dərs keçməyə başladı. Hazırda keyfiyyətə nəzarət üzrə təcrübə keçirəm. Ayaqqabıların paketlənməsinə, keyfiyyətinə nəzarət edirəm”.

İşinə sevgi və məsuliyyətlə yanaşan Ş.Rüstəmov əmək şəraitinin müasir tələblərə cavab verdiyini, müəssisənin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil edildiyini, işçilərin istirahət hüququnun təmin olunduğunu, sosial təminatlarının diqqət mərkəzində saxlanıldığını söyləyib: “Keçmiş məcburi köçkün kimi Ağdamın Quzanlı qəsəbəsində yaşayıram. Qayıdış üçün Ağdamda yaşayış binalarının tikilməsini gözləyirik. Karyeramı doğma Qarabağ torpağında qurmaqdan qürur duyuram”.

Əməkdaş qeyd edib ki, istehsal etdikləri zərbəyə davamlı, praktik və rahat, müasir dizayna malik ayaqqabılar, təyinata uyğun olaraq, fərqli modellərdə istehlakçılara təqdim edilir. “BAFCO İnvest”in əsas məqsədlərindən biri istehsal etdiyi məhsullar sayəsində işçilərin təhlükəsizliyini təmin etməkdir. Dəridən hazırlanmış ayaqqabılar 1-ci dərəcəli keyfiyyət standartlarına uyğundur və daim müvafiq yoxlanışdan keçirilir: “Müxtəlif növ yüksək keyfiyyətli işçi ayaqqabılarının Ağdamda istehsal olunması bizim böyük uğurumuzdur. Bu məhsullarla həm yerli, həm də beynəlxalq bazara çıxmaq qürurverici hissdir”.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?