19 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvan MR-in 100 illik yubileyi münasibətilə qızıl sikkə kolleksiyası istehsal edilib

“AzerGold” QSC tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə qızıl sikkə kolleksiyası istehsal edilib.

QSC-dən verilən məlumata görə, nəfis tərtibatda dizayn edilən 999,9 əyarlı, 5, 10 və 20 qram çəkiyə malik qızıl sikkələr bəşər sivilizasiyasının ilk beşiklərindən olan, antik, Orta əsrlər, yeni dövr maddi mədəniyyət nümunələri, təbiət, həmçinin tarixi abidələri ilə seçilən mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi böyük şöhrət tapmış qədim diyarın şanlı keçmişinə işıq salır.

Sikkə dairəsinin üzərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Naxçıvan Xan sarayı, Möminə Xatun türbəsi, Qazançı körpüsü, Qarabağlar türbəsi, Gülüstan türbəsi, Yusif Küseyir oğlu türbəsi, “İmamzadə” kompleksi və İlandağ təsvir olunub. Dairənin mərkəzində “Naxçıvanqala” Kompleksinin qala divarlarının mazğallarından bir fraqment dizayn edilib. “100” ədədini xatırladan dizayn elementi muxtar respublikanın 100 illik yubileyini ifadə edir.

Yeni məhsullar “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində və onlayn satış platforması - “www.azergold.gift” vasitəsi ilə alıcılara təqdim edilir.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?