14 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ünvan Portalında 3D formatında ünvan məlumatlarının formalaşdırılması nəzərdə tutulur

Azərbaycan inkişaf etmiş ölkələrin təcrübələrini nəzərə almaqla, müasir Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) yaratmağa nail olub. Bu sistemin tərkib hissəsi olaraq, ölkənin rəsmi Ünvan Portalı (www.unvanportali.az) fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) “vergiler.az”ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə mövcud olan yaşayış məntəqələri, poçt indeksləri, nəqliyyat infrastrukturu obyekti (NİO) və daşınmaz əmlak obyektlərinin ünvanları barədə cari məlumatlar Ünvan Portalında öz əksini tapır. Yeni NİO yarandıqda yerli icra hakimiyyəti orqanları tərəfindən verilən müvafiq sərəncamlar ƏMDX-yə göndərilir. Yeni NİO-ların başlanğıc və son nöqtələrini, onların koordinatlarını, mərkəz xətlərini özündə əks etdirən xəritə məlumatları Dövlət Xidməti ilə razılaşdırılaraq müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunduqdan sonra ÜRİS-ə daxil edilir. Daha sonra NİO-ların ünvan məlumatları təyin olunaraq ÜRİS-də yerləşdirilir.

Qeyd olunan proseslər üzrə lazımi məlumatlar ƏMDX-yə təqdim edilmədiyi halda, Ünvan Portalında öz əksini tapmır. Portalda respublika tabeli 11 şəhər, 66 rayon tabeli şəhər, 246 qəsəbə, 3570 kənd, 1.884.022 daşınmaz əmlak obyekti, 2.398.688 giriş ünvanı, 49.154 nəqliyyat infrastrukturu obyekti (küçə, prospekt, döngə və s.) barədə məlumatlar əks olunub. 2023-cü il ərzində 2536 nəqliyyat infrastrukturu obyekti adlandırılıb, 43.779 giriş ünvanı təyin edilib. 2024-cü ilin birinci rübü ərzində analoji göstəricilər 444 nəqliyyat infrastrukturu və 13.753 giriş ünvanı təşkil edib.

Ünvan Portalının təkmilləşdirilməsi istiqamətində işlər davamlı xarakter daşıyır. Qarşıdakı dövrdə ünvan axtarışında coğrafi koordinat sistemi ilə yanaşı, həm də metrik (UTM) koordinat sisteminin tətbiq olunması, "İrad və təkliflər" bölməsinin yaradılması, hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarında daxili ünvan məlumatlarının təsvir edilməsi, 3D formatında ünvan məlumatlarının formalaşdırılması və s. kimi yeniliklərin tətbiqi nəzərdə tutulur.

Portalda respublika tabeli 11 şəhər, 66 rayon tabeli şəhər, 246 qəsəbə, 3570 kənd,
1.884.022 daşınmaz əmlak obyekti, 2.398.688 giriş ünvanı, 49.154 nəqliyyat
infrastrukturu obyekti (küçə, prospekt, döngə və s.) barədə məlumatlar əks olunub.
2023-cü il ərzində 2536 nəqliyyat infrastrukturu obyekti adlandırılıb, 43.779
giriş ünvanı təyin edilib. 2024-cü ilin birinci rübü ərzində analoji göstəricilər
444 nəqliyyat infrastrukturu və 13.753 giriş ünvanı təşkil edib

“Giriş ünvanı konsepsiyası”nın üstünlükləri

Hazırda Azərbaycanda ünvanvermə zamanı “Giriş ünvanı konsepsiyası”ndan istifadə olunur. İnsanların sosial-məişət həyatının rahatlığına hədəflənən yeni ünvanvermə qaydaları poçt, təcili tibbi yardım, fövqəladə hallar və digər xidmətlərin fəaliyyəti zamanı operativliyi təmin edir. Konsepsiyadan istifadə beynəlxalq standarta cavab verməklə yanaşı, ünvan axtarışına sərf olunan vaxtı minimuma endirir. Konsepsiyadan istifadənin digər üstünlüklərdən biri daşınmaz əmlak obyektlərinin hər bir girişinə fərdi qaydada ünvanların təyin olunmasıdır. Bundan başqa, konsepsiyaya uyğun olaraq, çoxmənzilli yaşayış binalarında nömrələmə hər bir mərtəbə üzrə fərdi qaydada aparıldığından ünvan axtarışı asanlaşır. Zirzəmi, kürsülü, antresol, texniki və mansard mərtəbələrində yerləşən daşınmaz əmlaklara giriş ünvanları, müvəqqəti tikililərdə isə müvəqqəti giriş ünvanları təyin edilir. Naviqasiya sistemlərində də ünvan məlumatlarından istifadə edilməsi “Giriş ünvanı konsepsiyası”nın üstünlüklərindəndir.

Ünvan verilməsi mümkün olmayan ərazilər

Xidmətdən bildirilib ki, Azərbaycanda ünvanı hələ də müəyyən edilməyən, ünvan verilməsi mümkün olmayan ərazilər var. Belə ki, həmin ərazilər yaşayış məntəqəsi statusu almayan, həmçinin işğaldan azad edilmiş ərazilərdə olan yaşayış məntəqələridir. Eləcə də yeni tikililər inşa edildikcə, məskunlaşma prosesi aparıldıqca ünvanların təyin edilməsi işləri mərhələli şəkildə həyata keçiriləcək. Bunlarla yanaşı, təyinatına uyğun olmayan ərazilərdə yaşayış massivləri formalaşandan sonra adsız NİO-lar yaranır. Belə hallarda müvafiq yerli icra hakimiyyəti orqanlarına bu cür NİO-ların adlandırılması üçün müraciətlər göndərilir, müraciətlərə müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən baxılaraq sərəncam verilir və nəticə olaraq həmin ərazilərə ünvan təyin edilir, bu ünvan ÜRİS-ə daxil edilir və Ünvan Portalında əksini tapmış olur.

Qeyd edək ki, bəzən naviqasiya sistemlərində obyektlərin koordinatları fərqli şəkildə qeyd edilir və bir ünvanla bağlı fərqli məlumatlar ortaya çıxır. ƏMDX-dən bu məsələ ilə bağlı qeyd edilib ki, belə fərqli halların yaranmaması üçün naviqasiya sistemlərində koordinat sistemi və ünvan məlumatları üçün Ünvan Portalından istifadə olunmalıdır.

İlhamə İSABALAYEVA

VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiTorpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiTəsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası VergiMal mübadiləsi zamanı vergitutma VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiQeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır? VergiƏDV-nin bir hissəsinin geri qaytarılması hansı mallara aiddir? VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? VergiVergi ödəyicisinin fəaliyyətinin aktivləşməsi hansı öhdəliklər yaradır?