11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilib

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bolqarıstanın energetika nazirinin vəzifəsini icra edən Vladimir Malinovun iştirakı ilə keçirilən görüşə rəsmilərlə yanaşı, sənaye, nəqliyyat, logistika, İKT, neft-qaz, ticarət və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlərin nümayəndələri qatılıb.

Görüşdə Azərbaycan - Bolqarıstan əlaqələrinin dövlət başçılarıın siyasi iradəsi nəticəsində dinamik inkişaf etdiyini vurğulanıb. Bu gün Bakıda imzalanan “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirilib. Keçirilən müzakirələrin və səmərəli danışıqların perspektiv sahələr üzrə işbirliyinin möhkəmləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi üçün yaxşı zəmin olacağına əminlik ifadə olunub.

Yeni təşəbbüslərin reallaşdırılması üçün hər iki ölkənin biznes nümayəndələri AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstək mexanizmlərindən yararlanmağa dəvət olunub. Tərəflər enerji ixracı, o cümlədən “yaşıl” və bərpaolunan enerji layihələrində əməkdaşlıq potensialının güclü olduğunu diqqətə çatdırıblar.

Məlumat verilib ki, iki ölkə arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Təkcə 2024-cü ilin birinci rübündə qarşılıqlı ticarət təxminən dörd dəfə artaraq 153 milyon ABŞ dollarına çatıb, ixracımız isə illik dörd dəfədən çox artaraq 146 milyon ABŞ dolları təşkil edib. Bolqarıstan hazırda Azərbaycanın ən çox ixrac həyata keçirdiyi ölkələrdən biridir. Eyni zamanda, Azərbaycanda Bolqarıstan investisiyalı kommersiya qurumları sənaye, tikinti, ticarət və xidmət sahələrində aktiv fəaliyyət göstərir. Bununla belə, xüsusən də qeyri-neft sektoru - kiçik və orta sahibkarlıq, rəqəmsal iqtisadiyyat və innovasiya, eləcə də nəqliyyat və tranzit sektorlarında əlaqələri genişləndirmək üçün imkanlar var.

Görüşdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının icraçı direktoru Bratan Bratanov işgüzar münasibətlərin inkişafı üçün hər iki tərəfdə əlverişli şəraitin olduğunu nəzərə çatdıraraq, investisiya mühiti və biznes imkanları ilə bağlı məlumat veriblər.

Tədbirdə “Silk Way” və Bolqarıstanın “DRONAMİCS” şirkətləri arasında dron əsaslı yük xidmətlərinin inkişafı üzrə imzalanmış sənədlərin mübadiləsi olub. Sənədə əsasən, tərəflər yüklərin daşınması sahəsində texnologiyalar və xidmətləri birgə inkişaf etdirəcək.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Bolqarıstanın “Caspian Lubricants Recycling” şirkətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olması ilə əlaqədar şəhadətnamə təqdim edilib. Bununla da Sənaye Parkının rezidentlərinin sayı 41-ə çatıb.

Görüşdə iştirak edən şirkətlərin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə məlumat verilib, tərəfdaşlıq imkanları müzakirə edilib. Tədbir B2B görüşlərlə davam edib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?