20 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qadın sahibkarlığının inkişafı layihələrinə 48 milyon manatdan çox güzəştli kredit verilib

2020-2024-cü ilin 3 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən qadın sahibkarlığının inkişafı ilə bağlı 751 investisiya layihəsinə 48 milyon manatdan çox güzəştli kredit verilib və 1000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb.

Bu barədə “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən konfransda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən qadın sahibkarlığının inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirilir.

“Qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər, təlim, seminar və dəyirmi masalar təşkil olunur. KOBİA yanında İctimai Şurada Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da təmsil olunur”, - deyə S.Məmmədov qeyd edib.

Nazir müavini əlavə edib ki, bu baxımdan 4-cü DİM Dialoqu 5-ci DİM-ə nail olunması, xüsusilə qadınların iqtisadi səlahiyyətlərinin artırılması baxımından qlobal xarakterli və Azərbaycana xas məsələləri müzakirə etmək və bilikləri bölüşmək üçün səmərəli platforma kimi çıxış edəcək və 2030-cu ilədək Azərbaycanda gender bərabərliyinə və qadınların iqtisadi səlahiyyətlərinin artırılmasına nail olunmasını sürətləndirmək üçün innovativ həllər və siyasət tövsiyələri təklif etməyə istiqamətlənəcək.

VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur?