12 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“AzerGold” QSC-nin qızıl sikkə kolleksiyaları Böyük Britaniyada hər il may ayında təşkil edilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” çərçivəsində nümayiş olunub.

QSC-nin məlumatına görə, Berkşir qraflığının Vindzor şəhərində yerləşən eyniadlı tarixi qəsrin ərazisində keçirilən tədbirdə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ölkənin zəngin mədəni irsi təbliğ olunub.

Tədbir çərçivəsində təşkil edilən “Azərbaycan günü”ndə tariximiz, mədəniyyətimiz və müxtəlif sənət növlərini özündə tərənnüm edən “Azerbaijan Cultural” pavilyonunda “AzerGold” QSC-nin qızıl və gümüş kolleksiyaları da sərgilənib.

Qızıl və gümüş məhsulları milli guşəni ziyarət edən Böyük Britaniya vətəndaşları, eləcə də müxtəlif ölkələrdən gəlmiş qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Sərgi ziyarətçilərinə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında 3D formatında istehsal edilmiş “100 il və onun fövqündə bir irs” unikal qızıl sikkəsi, Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən “Heydər Əliyev Mərkəzi”, “Qarabağ xalçası: Çələbi”, “Qobustan”, həmçinin “Qarabağ inciləri”, “Şuşa”, “Uzun Həsən” və digər qiymətli məhsullar barədə ətraflı məlumat verilib, ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?