12 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Cari ilin yanvar-mart aylarında “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə göstərilən 80 349 xidmətin 7812-si (9,72 faizi) özəl qurumlar (“B2B”) tərəfindən təqdim edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, bu dövrdə “Bakı KOB evi”nə müraciət edən sahibkarlar daha çox “Kapital Bank” ASC-nin – 5086 (6,33 faiz), “Bank Respublika” ASC-nin – 1025 (1,28 faiz), “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin – 1022 (1,27 faiz), “Dynamic Express” MMC-nin – 223 (0,28 faiz), “Ase Express”in – 148 (0,8 faiz) xidmətləri üçün müraciət ediblər.

Müvafiq özəl qurumlar tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan müxtəlif bank, logistika və yükdaşıma xidmətləri göstərilib.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?