26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakı KOB evində göstərilən xidmətlərin çoxu dövlət qurumlarının payına düşür

Bu ilin yanvar-mart ayları ərzində Bakı KOB evində sahibkarlara göstərilən xidmətlərin 90 faizindən çoxu dövlət qurumları tərəfindən təqdim edilib.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, bu xidmətlərin 72 mindən çoxunu 10 qurum göstərib. İlk beşliyə 79,82 faizlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (göstərilən xidmətlərin sayı – 64 133 əd.), 7,19 faizlə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (5778 əd.), 1,47 faizlə Dövlət Vergi Xidməti (1183 əd.), 0,37 faizlə Fövqəladə Hallar Nazirliyi (297 əd.) və 0,37 faizlə Dövlət Gömrük Komitəsi (296 əd.) daxildir.

“Sahibkarlar KOB Evinə biznes üçün zəruri sənədlər, vergi, gömrük və s. ilə bağlı müraciət ediblər”, - O.Məmmədov qeyd edib.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?