27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: “Azərbaycanla Özbəkistan arasında əlaqələrdə yüksək dinamika müşahidə olunur”

“Azərbaycanla Özbəkistan arasında dinamik inkişaf edən münasibətlərimiz dövlət başçılarının dostluq, qardaşlıq və qarşılıqlı etimad amilinə, eləcə də xalqlarımızın tarixi, mədəni və qohumluq birliyinə əsaslanır”.

Bunu “Özbəkistan 24” telekanalına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir xatırladıb ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib: “Özbəkistan dövlətinin başçısının diqqətinə çatdırıldı ki, Azərbaycan və Özbəkistan prezidentlərinin tapşırıqlarının icrası çərçivəsində bu gün əlaqələrimiz əməkdaşlığın dörd əsas istiqamətinə əsaslanır: nəqliyyat, qarşılıqlı investisiyalar, enerji və sənaye kooperasiyası”.

Mikayıl Cabbarov vurğulayıb ki, bu sahələrin hər birində yüksək dinamika müşahidə olunur. 2024-cü ilin birinci rübünün yekunlarına əsasən, Özbəkistandan Azərbaycan ərazisindən keçməklə 1 milyon ton həcmində yükün daşınmasına nail olmaq məqsədi artıqlaması ilə həyata keçirilir.

Özbəkistan Prezidenti ilə müzakirə olunan məsələlərin təfərrüatlarına toxunan iqtisadiyyat naziri qeyd edib ki, görüşdə enerji sahəsində əməkdaşlıq məsələləri, Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşü, avtomobil, toxuculuq, pambıqçılıq, ipəkçilik və sənayenin digər sahələri müzakirə edilib.

Nazir Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyətinə də toxunub: “Ötən gün investisiya şirkətinin Müşahidə Şurasının iclası baş tutub. Artıq dəyəri 250 milyon dollardan çox olan portfel layihəsi formalaşdırılıb”.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?