28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanda işgüzar səfərdədir

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanda bu ölkənin investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla görüşüb. Görüşdə vurğulanıb ki, dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən yüksək səviyyəli görüşlər Özbəkistanla strateji tərəfdaşlığın daha da güclənməsinə münbit şərait yaradıb. Qeyd olunub ki, 12-ci iclası ötən il Şuşada keçirilmiş Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiya, həmçinin Azərbaycan-Özbəkistan Regionlararası Forumu, Azərbaycan-Özbəkistan İşgüzar Şurası iqtisadi-ticarət münasibətlərinin inkişafında mühüm rol oynayır. Tərəflər iqtisadi tərəfdaşlığın gündəliyində olan məsələlər, o cümlədən, biznes subyektlərinin işbirliyinin təşviqi üçün yeni imkanların araşdırılması, ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi haqqında Yol Xəritəsinin icrası, energetika sahəsində birgə fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparıb.

Özbəkistanın Yenidənqurma və İnkişaf Fondunun direktoru Şuxrat Vafayev ilə görüşdə müxtəlif istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsinin önəmi vurğulanıb. Tərəflər birgə layihələrin perspektivləri, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti, infrastruktur, sənaye, hasilat, rəqəmsallaşma və turizm sahəsində əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Özbəkistana səfər çərçivəsində Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib. Tədbirdə vurğulanıb ki, Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı müxtəlif sahələr üzrə uğurla genişlənir. Birgə layihələr, qarşılıqlı investisiya qoyuluşları bu baxımdan önəm kəsb edir. Ötən ilin əvvəlində yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti isə ölkələrimizin regionları və işgüzar dairələri arasında münasibətlərin inkişafına, hər iki tərəfdən sərmayə qoyuluşunun artırılmasına mühüm töhfə verəcəkdir.

Tədbirdə Özbəkistanla biznes və ticarət əlaqələrinin dayanıqlı inkişafı, özəl sektorun və qarşılıqlı investisiya fəaliyyətinin fəal təşviqi, birgə layihələrin maliyyələşdirilməsi imkanlarının araşdırılması məsələləri nəzərdən keçirilib.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?