14 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çin Azərbaycanın gübrəsiz əkin-becərmə texnologiyasından yararlanacaq

Azərbaycanın mineral və gübrəsiz əkin-becərmə texnologiyasının bir sıra ölkələrə ixracına başlanılıb.

Bu barədə "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına “AqriBioEkoTex” şirkətinin prezidenti Əli Əlizadə deyib.

Onun sözlərinə görə, yerli mütəxəssislər texnologiyanı Azərbaycanda tətbiq etməklə yanaşı, bir sıra ölkələrdə də (Çin, Efiopiya, Səudiyyə Ərəbistanı və Macarıstan) layihələr icra ediblər.

“Hazırda bu texnologiyanın İtaliyaya ixracına dair danışıqlar aparılır. Əlavə olaraq Çin tərəfi onu 50 min hektar ərazidə salınacaq şaftalı bağlarının əkinində istifadə etmək niyyətindədir. Texnologiyanın tətbiqi müsbət nəticələr verib. Belə ki, fermerlər gübrə alışına sərf edilən vəsaitə qənaət etməklə yanaşı, məhsuldarlığı 30 faizədək artırmağa nail olublar. Ən unikal məqam isə ondan ibarətdir ki, bütün istehsal olunan məhsullar – buğda, arpa, qarğıdalı, pambıq və s. ekoloji təmizdir”, - deyə Ə.Əlizadə qeyd edib.

VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?