26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Azericard" ilə strateji tərəfdaşlıq yeni innovativ həllərə yol açacaq

"vergiler.az" xəbər verir ki, bu fikri “Mastercard”ın Azərbaycan üzrə meneceri Emil Zeynalov jurnalistlərə açıqlamasında səsləndirib. Bildirib ki, tərəfdaşlıq çərçivəsində inklüziv maliyyə məhsulları və xidmətləri, eləcə də daha yaxşı istifadəçi təcrübəsi yaratmaq üçün “Mastercard”ın qlobal bilik və bacarıqlarını “Azericard”la bölüşməsi müsbət nəticələr verəcək.

E.Zeynalov deyib ki, banklarla əməkdaşlıq çərçivəsində onların mobil proqramları ilə inteqrasiya başladaraq “Masterpass” texnologiyasının əhatəsini daha da genişləndirmək planlaşdırılır:

"2023-cü ildə biz “Masterpass”ı Azərbaycanın ən böyük banklarından birinin mobil proqramının tərkibində təqdim etdik. Bu il isə daha 3 bankla layihəyə davam etmək hədəflənib. Bununla yanaşı, NFC ödənişlərini stimullaşdıran kampaniyalarla, “Apple Pay” və “Google Pay” xidmətlərinə daha çox bank əlavə etməklə tokenizasiyaya sərmayə qoymağa davam etməyi düşünürük".

Qeyd olunub ki, “Mastercard”ın, premium xidmətlər də daxil olmaqla” səyahətçi seqmenti üçün yeni təkliflər təqdim edəcəyi gözlənilir.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?