27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda pomidor sahələrinin sığortasına başlanılıb

Pomidor Aqrar Sığorta Fondu tərəfindən sığortalanan bitkilər siyahısına daxil edilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, pomidor əkini ilə məşğul olan fermerlər öz əkinlərini aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən – dolu, qasırğa, fırtına, sel-subasma, 3-cü şəxslərin hərəkətləri, müxtəlif xəstəliklərdən qoruya bilərlər.

Pomidor əkinlərinin sığortası dövrü may ayının ortalarına qədər davam edəcək. Fermerlər əkinlərin yerləşdiyi regiondan asılı olaraq həmin tarixlərədək pomidor əkinlərini sığortalaya, bu sahədəki məhsul və gəlirlərini risklərdən qoruya bilərlər.

Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə fəaliyyət göstərdiyinə görə, əkin sahələrinin sığortalanması zamanı hesablanmış sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir.

Rəsmi məlumatlara əsasən, Azərbaycandakı açıq və qapalı sahələrdə ümumilikdə 18 min hektara yaxın ərazidə pomidor becərilir. Bu sahələrdən ildə 800 min tondan artıq məhsul götürülür.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?