29 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SİF: Güzəştli kredit məbləğinin təqribən 60 faizi aqrar məhsulların istehsalına yönəldilib

Cari ilin yanvar-mart ayları ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən ayrılan güzəştli kredit məbləğinin 59,9 faizi və ya 25,8 milyon manatı kənd təsərrüfatı məhsullarının istehsalına yönəldilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Fondun məlumatına istinadən xəbər verir ki, hesabat dövründə kredit məbləğinin 35,5 faizi (15,3 milyon manatı) sənaye məhsullarının istehsalı və emalının, 1,6 faizi (689,6 min manatı) turizm, 3 faizi (1,29 milyon manatı) digər sahələrin payına düşüb.

Bu ilin yanvar-mart ayları ərzində sahibkarların 1065 layihəsinin maliyyələşdirilməsinə 43,1 milyon manat güzəştli kredit ayrılıb.

Xatırladaq ki, hesabat dövründə Fond tərəfindən 1065 layihənin maliyyələşdirilməsinə 43,1 milyon manat güzəştli kredit verilib. Kreditlərin hesabına 751 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?