12 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Slovakiya ilə tərəfdaşlığın inkişaf etdirilməsi üçün potensial mövcuddur

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Slovakiya Respublikası iqtisadiyyat nazirinin müavini, nazirliyin 1-ci dövlət katibi Kamil Şaşko ilə görüşüb.

Görüşdə Azərbaycan-Slovakiya əlaqələrinin uğurla inkişaf etdiyi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Bildirilib ki, Slovakiya şirkətləri ölkəmizdə sənaye, tikinti, ticarət və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Ölkələrimiz arasında enerji, humanitar, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi, infrastruktur sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi üçün potensial mövcuddur.

Tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in 3-cü maddəsinə əsasən ikitərəfli iqtisadi əməkdaşlığı əlaqələndirmək və təşviq etmək məqsədilə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupunun növbəti iclasına hazırlıq, həmçinin Slovakiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyətinə dair müzakirələr aparıblar.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?