27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Martın 29-da Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 101-ci iclası keçirilib.

İclasda ölkəmizi Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İclas MDB İqtisadi Şurasının sədri, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilib.

Nümayəndə heyətlərinin rəhbərləri iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə ediblər. Gündəliyə kimya sənayesində əməkdaşlığın inkişafı, məhsul və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərə görə 2023-cü il MDB mükafatının verilməsi, qarşılıqlı ticarətdə maneələr, azad ticarət zonası və sair məsələlər üzrə danışıqların başlanmasının mümkünlüyü daxil edilib.

Tədbir iştirakçıları, həmçinin Regionlararası və Transsərhəd Əməkdaşlıq Şurasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

İclasda MDB orqanlarının maliyyələşdirilməsi, o cümlədən Birliyin iştirakçısı olan dövlətlərdə sığorta xidmətləri bazarının inkişafı, MDB-nin 2030-cu ilə qədər olan dövr üçün İqtisadi İnkişaf Strategiyasının yerinə yetirilməsinə dair bir sıra məsələlərə baxılıb.

İqtisadi Şuranın növbəti iclasının 2024-cü il iyunun 21-də Moskvada keçirilməsi planlaşdırılır.

AZƏRTAC

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?