16 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qazaxıstan Prezidenti: "Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər"

Ötən il Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yük daşımalarının həcmi 2 dəfə artaraq 3 milyon tona çatıb. Yaxın illərdə bu rəqəmin 10 milyon tona çatacağına ümid edirik.

Bu fikri martın 28-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinin Haynan adasında keçirilən Asiya naminə Boao Forumunun illik konfransının açılış mərasimində çıxışı zamanı deyib.

Qazaxıstanın dövlət başçısı Asiya ilə Avropa arasında tədarük zəncirini etibarlı şəkildə təmin edən Orta Dəhlizin həm mövcud, həm də yeni nəqliyyat marşrutlarını inkişaf etdirmək üçün səyləri artırmağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, Çinin Haynan adasında Asiya naminə Boao Forumunun “Asiya və dünya: ümumi çağırışlar, ortaq məsuliyyət” mövzusunda illik konfransı keçirilir. Tədbirdə 60 ölkədən təxminən 2 min nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, parlament rəhbərləri, dövlət rəsmiləri, elm adamları, beyin mərkəzlərinin nümayəndələri iştirak edir. Konfransın panel iclaslarında dünya iqtisadiyyatı, elmi və texnoloji innovasiya, sosial inkişaf, beynəlxalq əməkdaşlıq və digər mövzularda müzakirələr aparılır.

AZƏRTAC

VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?