28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Azərşəkər”: “Məhsullarımız əsasən daxili bazarda realizasiya olunub"

“Azərşəkər” MMC-nin ötən il ərzində istehsal etdiyi məhsullar əsasən daxili bazarda realizasiya olunub.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev deyib. Onun sözlərinə görə, 2023-cü ildə şirkət tərəfindən yeni təsərrüfatların yaradılması və inkişaf etdirilməsi ilə bağlı xeyli iş görülüb: “Məhsuldarlığımız yüksək olub. Xüsusilə yeni fəaliyyətə başladığımız Füzuli təsərrüfatında planlaşdırdığımız məhsuldarlığı əldə etdik. Torpağın münbitliyinin aşağı olmasına baxmayaraq, Şəmkir və Yevlax təsərrüfatlarında da yaxşı məhsuldarlıq oldu”.

A.Mehdiyev bildirib ki, Yevlax təsərrüfatında hər hektar arpa sahəsindən 4 ton, buğda sahəsindən ortalama 4,5 ton, Şəmkir təsərrüfatında hər hektar arpa sahəsindən 5,5 ton, buğda sahəsindən ortalama 5 ton məhsul alınıb. Bundan əlavə, qarğıdalı sahələrində həm yaz, həm də təkrar əkinlərdə yüksək məhsuldarlıq əldə edilib, yazlıq əkinlərdə hektara 9 ton, təkrar əkinlərdə isə 7,3 ton məhsul götürülüb: “Suvarmada suya qənaət edən texnologiyalar sayəsində yaxşı nəticələr əldə olundu. Belə ki, həm əkin, həm də suvarma texnologiyasını özündə birləşdirən test əkinlərimiz Şəmkir təsərrüfatımızda təkrar əkinlərdə 7,8 tona yaxın qarğıdalı verib ki, bu da Azərbaycan üzrə orta məhsuldarlıqdan xeyli yüksəkdir. Bu cür yanaşma hektara düşən xərclərimizin 36 faiz azalmasına səbəb olub. Yeni əkin və suvarma texnologiyasının tətbiq olunduğu pivotun ənənəvi əkin pivotu ilə müqayisədə 27,2 faiz az işlədiyi və suvarma suyuna 24,2 faiz qənaət olunduğu müəyyən olunub”.

İlhamə İSABALAYEVA

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?