19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 20-ci iclası keçirilib

İndiyə kimi Azərbaycan Qazaxıstana 211,4 milyon dollar, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 114 milyon dollar investisiya yatırıb.

Energetika Nazirliyindən verilən məlumata görə, bu barədə Astanada Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclasında bildirilib.

Yaxın vaxtlarda növbəti iclası keçiriləcək Azərbaycan-Qazaxıstan İşgüzar Şurası çərçivəsində sıx əməkdaşlığın, həmçinin ticari-iqtisadi əməkdaşlığın stimullaşdırılması tədbirlərinin, Qazaxıstan şirkətlərinin Ələt Azad İqtisadi Zonasına (AFEZ) cəlb edilməsi, habelə AFEZ ilə Qazaxıstanın azad iqtisadi zonaları arasında qarşılıqlı əməkdaşlığın qurulmasının bu göstəricilərin artırılmasına töhfə verəcəyi qeyd olunub.

Azərbaycan-Qazaxıstan İnvestisiya Fondunun yaradılması, sənaye və texnologiya parklarında birgə istehsalın təşkili, Ələt limanında taxıl terminalının inşası, gəmiqayırma sektorunda əməkdaşlıq üzrə məsələlər, qazax şirkətlərinin azad edilmiş ərazilərdə layihələrdə iştirak imkanları nəzərdən keçirilib.

Bundan başqa, neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi, birgə layihələrdə iştirak imkanları, müxtəlif marşrutlarla Qazaxıstan neftinin tranzit həcmlərinin, Orta Dəhliz vasitəsilə yüklərinin daşınmasının artırılması məsələlərinə baxılıb. Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində Azərbaycan və Qazaxıstanı birləşdirən Xəzər sualtı optik xəttin tikintisinin yekunlaşdırılması, “Mərkəzi Asiya-Avropa” marşrutu üzrə elektrik enerjisinin ötürülməsi layihəsinin texniki-iqtisadi əsaslandırılması prosesinə başlamaq üçün texniki tapşırıq sənədinin tezliklə hazırlanması, sadalanan bütün istiqamətlər üzrə müvafiq addımların atılması razılaşdırılıb.

Sonda Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının 20-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 21-ci iclasının gələn il Bakıda keçirilməsi razılaşdırılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?