12 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aqrar məhsulların Braziliyaya ixracının genişləndirilməsi müzakirə olunub

Azərbaycan ilə Braziliya arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının yaradılması, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, əməkdaşlıq istiqamətlərinə nazir Məcnun Məmmədovun bu ölkənin Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin ticarət və beynəlxalq əlaqələr üzrə katibi Roberto Perosanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı toxunulub.

Görüşdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Braziliyaya ixracının genişləndirilməsi, aqrar sahədə ən müasir texnologiyaların transferi, heyvandarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi, aqrar sektorda elmi-tədqiqat sahəsində təcrübə proqramlarının həyata keçirilmə məsələləri nəzərdən keçirilib.

M.Məmmədov Azərbaycanda hər il təşkil olunan “Caspian Agro” sərgisinin əhəmiyyətinə toxunub, Braziliyalı iş adamlarını bu sərgidə fəal iştiraka, həmçinin etibarlı və əlverişli biznes mühitini nəzərə alaraq Azərbaycanın kənd təsərrüfatı sektoruna sərmayə qoymaq imkanlarını araşdırmağa çağırıb.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?