18 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək münasibətlərinin şəffaflaşması davam edir

Azərbaycanın biznes mühitində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar arasında iş yerlərinin rəsmiləşdirilməsinin təşviqinin mühüm əhəmiyyəti var. Əmək müqavilələrinin bağlanmasını stimullaşdırmaq üçün bu sahədə güzəştlərin tətbiqi, nəzarət tədbirlərinin artırılması mühüm nəticələr verir. Əmək münasibətlərinin hüquqi müstəvidə qurulması cəmiyyətin sosial rifahına töhfə verməklə yanaşı, "kölgə iqtisadiyyatı"nın məhdudlaşdırılmasına da mühüm təkan verir.

2019-cu ilin 1 yanvar tarixindən etibarən qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 358 min vahid artıb. 1 yanvar 2024-cü il tarixinə əmək müqavilələrinin sayı əvvəlki illə müqayisədə 62,5 min artaraq 1 mln. 808,8 min, qeyri-neft-qaz özəl sektorda isə 66,6 min artaraq 897,9 min olub. Qeyri-neft-qaz özəl sektorun cəmi əmək müqavilələrində xüsusi çəkisi 49,6% təşkil edib. 2023-cü ildə ilk dəfə olaraq qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 897,9 min təşkil etməklə dövlət sektorundakı müvafiq göstəricini (860,0 min) üstələyib.

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?