13 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağdam Sənaye Parkının rezidenti istehsal etdiyi məhsulların satışına başlayır

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçilyində olan Ağdam Sənaye Parkının rezidenti “EOS QRUP” MMC istehsal etdiyi məhsulların satışına başlayır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin Satış şöbəsinin müdiri Aydan Hacıyeva bildirib.

Onun sözlərinə görə, zavodda test məqsədilə hörgüdə istifadə olunan qazbeton blok məhsulları istehsal edilib. Hazırda 1000 kvadratmetr hazır məhsul var ki, bu da yaxın zamanlarda satışa çıxarılacaq. Məhsullar daxili bazar üçün nəzərdə tutulur. Şirkətin məhsulları Qarabağ bölgəsində aparılan tikinti işlərində istifadə ediləcək.

Müəssisənin fəaliyyətinin təşkili üçün I mərhələ üzrə görülən işlər tamamlanıb. Bu mərhələ üzrə zavodda 2 avadanlıq quraşdırılıb ki, buna da 5 milyon manat sərmayə yatırılıb. Hazırda II mərhələ üzrə işlər görülür. Bu mərhələdə zavodda daha iki yeni avadanlığın quraşdırılması və bunun nəticəsində də istehsalın genişləndirilməsi nəzərdə tutulur.

Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir?