27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Laslo Vasa: “COP29 Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün imkanlar yaradır”

Azərbaycan 2024-cü il noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməkdən siyasi və iqtisadi baxımdan faydalanacaq.

Bunu "Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına iqtisadçı ekspert, Macarıstanın Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunun baş elmi işçisi, professor Laslo Vasa deyib.

“Son illərdə Azərbaycanın infrastrukturu ciddi investisiyalar sayəsində əhəmiyyətli inkişaf yolu keçdiyi üçün onun yenidən qurulmasına ehtiyac yoxdur, eyni zamanda, investorların konfransın keçirildiyi ölkəyə müəyyən vəsait yatırması ehtimalı var”, - deyə o bildirib.

Ekspert qeyd edib ki, COP29 Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında mühüm rol oynayan BMT-nin əsas iqlim tədbiridir. İqlim fəaliyyəti və davamlı inkişafın qarşılıqlı asılılığına diqqət yetirməklə, COP29 daha davamlı və ədalətli dünya yaratmağı hədəfləyir: "COP29-a ev sahibliyi etmək hüququnun əldə edilməsi Bakı üçün mühüm diplomatik uğurdur. Şübhə yoxdur ki, Azərbaycan bu forumu ləyaqətlə keçirə biləcək”.

O vurğulayıb ki, Bakı yaşıl iqtisadiyyata böyük töhfə vermək kimi rolunun tanınmasından əhəmiyyətli fayda əldə edəcək: “Bir tərəfdən, bunun çox böyük dəyəri və ölkənin beynəlxalq aləmdə əhəmiyyətini gücləndirmək imkanı var. Digər tərəfdən, Azərbaycanın elmi sektoru və onun dövlət idarəçiliyi onilliklər üçün imkanları müəyyən edəcək və əhəmiyyətli dərəcədə genişlənən əlaqələr formalaşacaq. Gələcək birgə tədqiqatlar və peşəkar layihələr ölkədə elmin inkişafına multiplikativ təsir göstərəcək. Bundan əlavə, tədbir Azərbaycanın iqtisadi inkişafının davamlı artımına və ölkə iqtisadiyyatının şaxələndirilməsinə, məsələn, yaşıl sənaye fəaliyyətinin yüksəldilməsinə töhfə verəcək bir çox imkanlar yaradır”.

Tamilla MƏMMƏDOVA

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?