22 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Braziliya arasında COP sahəsində tərəfdaşlığa start verilib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumətlər Sammitində iştirak edən Azərbaycan nümayəndə heyəti COP29-un rəhbər ölkəsi olaraq bir sıra görüşlər keçirir. Nümayəndə heyətinə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir.

COP29-un rəsmi "X" hesabına əsasən, COP28-in vasitəçiliyi ilə COP prezidentləri üçlüyü (ötən, hazırkı və gələcək) çərçivəsində hazırkı və gələcək COP prezidentləri arasında əməkdaşlığı və davamlılığı möhkəmləndirmək üçün Azərbaycan və Braziliya arasında tərəfdaşlığa start verilib. Bu tərəfdaşlığın məqsədi "missiya 1.5°C"ni dəstəkləməklə iqlim dəyişikliyi ilə mübarizə sahəsində fəaliyyətə təkan verməkdir.

"Üçlük" Paris Sazişinin bütün əsas istiqamətləri üzrə iddia və təklifləri artırmaq, Dubayda əldə edilmiş BƏƏ konsensusuna uyğun kursu tənzimləmək üçün bu gündən başlayaraq COP30-a qədər üç COP prezidenti arasında əməkdaşlıq yaratmaq üçün yaxın zamanlarda platforma təqdim edəcək. Bu barədə COP prezidentləri üçlüyü razılaşma əldə edib.

AZƏRTAC

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?