10 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Startapçı Hüseyn Nəcəfzadə: “Platformamız sistemdəki boşluqları əvvəlcədən müəyyən edə bilir”

İnformasiya texnologiyalarının inkişaf etməsi kompüter şəbəkələri ilə əlaqəli olan cinayətlərin sayının, kompüter sistemlərinin təhlükəsizliyinə olan təhdidlərin çoxalmasına səbəb olur. Bu təhdidlərin qarşısının alınması üçün ən effektiv yol kibercinayətkarlığın qarşısını alan proqram təminatlarının hazırlanmasıdır. Azərbaycanda bu sahə üzrə "Qarabug" adlanan yeni bir proqram təminatı hazırlanıb. Rəqəmsal infrastrukturun təhlükəsizlik testləri xidmətini göstərən proqrama görə "Qarabug" MMC-nin direktoru Huseyn Nəcəfzadəyə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Startap” şəhadətnaməsi də verilib.

H.Nəcəfzadə bildirib ki, proqramın adının 2 mənası var. Bunlardan biri Qarabağ, digəri isə ingilis dilindən tərcümədə "sistemdə olan zəiflik" mənasını verir.

Startapçının sözlərinə görə, ABŞ, İngiltərə, Ukrayna, Rusiya, İran, Türkiyə və digər ölkələrdə "Qarabug" kimi platformalar olsa da, Azərbaycanda belə bir platforma olmayıb: “Ona görə də biz Azərbaycan üçün belə bir lokal platforma hazırladıq. Bizim platformanın lokal olması onun əsas fərqləndirici xüsusiyyətidir. Lokal olmanın üstünlüyü odur ki, xaricdən heç bir kibertəhlükəsizlik tədqiqatçısı sistemin yoxlanılmasına cəlb edilmir. Məsələn, hansısa bank istəməz ki, xaricdən bir tədiqiqatçı onun sisteminə daxil olsun. Bu baxımdan proqram təminatının lokal olmasının çox böyük əhəmiyyəti var. Bizim sistemdə yalnız azərbaycanlı tədqiqatçılar işləyirlər”.

H.Nəcəfzadə qeyd edib ki, adətən, şirkətlər müəyyən müddətdən bir kibertəhlükəsizlik auditi (penetration testing) keçirirlər. "Qarabug" platformasını fərqləndirən odur ki, həmin audit hər gün keçirilir: “Kompüter sistemi ildə bir dəfə deyil, ilboyu, hər gün audit edilir. Tutaq ki, bank ildə bir dəfə özünün sistemini audit etdirir. Amma bunu etdikdən 2 ay sonra sistemində hansısa yenilik edərsə, orada hansısa kənar bir tapıntı ola bilər. Bizim proqram təminatımız isə imkan verir ki, kibertəhülkəsizlik auditi ildə bir dəfə deyil, hər gün edilsin. Bu proqram təminatı bütün dövlət və özəl şirkətlər, banklar üçün münasibdir”.

Hazırda platformadan istifadə ilə bağlı müəyyən qurumlarla danışıqlar aparıldığını deyən startapçı platformalarının daha bir xüsusiyyətini də açıqlayıb. Onun sözlərinə görə, kiberhücumların sayı çoxdur, amma onların hamısı üçün eyni cür həlllər təqdim edilmir. "Qarabug" platformasının kiber tədqiqatçıları sistemdə təhlükəsizliklə bağlı boşluqları əvvəlcədən müəyyən edə bilirlər. Tədqiqatçılar həmin boşluqların aradan qaldırılması məqsədilə tədbirlərin görülməsi barədə sifarişçi şirkətə məlumat verirlər. Şirkət həmin tədbirləri görməklə kibercinayətlərin qarşısını qabaqcadan almış olur.

Startapçı qeyd edib ki, hazırda platformanın funksionallığını artırmağı planlaşdırırlar. Platforma üçün ilk növbədə ölkə daxilində daha çox müştəri toplamaq, 2-3 ildən sonra isə belə proqramlara ehtiyacın olduğu Özbəkistan, Qazaxıstan və Qətər bazarına çıxmaq istəyirlər.

İlhamə İSABALAYEVA

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?