27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

2024-cü il üzrə ilk “Startap” şəhadətnamələri 7 KOB subyektinə təqdim edilib. Bununla da indiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə verilmiş “Startap” şəhadətnamələrinin sayı 130-a çatıb.

Agentlikdən verilən məlumata görə, “Startap” şəhadətnamələri fərdi sahibkar Nigar Novruzzadənin incəsənət əsərlərinin satışı üçün onlayn platforma, "Cybersign" MMC-nin kibertəhlükəsizlik sahəsində onlayn xidmətlər, "Oneplusone" MMC-nin həvəskar idmançılar üçün onlayn platforma, "Eattable" MMC-nin onlayn restoran tövsiyə və rezervasiya platforması (mobil tətbiqi), "İni.az" MMC-nin logistika şirkətləri üçün ixtisaslaşmış proqram təminatı, "Food Lab" MMC-nin restoran idarəetmə platforması və fərdi sahibkar Şəmistan Əlizadənin şagirdlər üçün oyun əsaslı onlayn təhsil platforması layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?